
Almaniyanın Münhen şəhərində təxminən 100 min insan irqçilik və ifrat sağçılara qarşı nümayiş keçirib.
Gununsesi.info xəbər verir ki, Münhendə toplaşan nümayişçilər “Demokratiya üçün işıq dənizi” adlı etiraz aksiyası təşkil ediblər. “Fridays for Future” və bir çox başqa təşəbbüslər tərəfindən təşkil edilən nümayişdə fənərlər və mobil telefon işıqları ilə “işıq dənizi” yaradılıb.
Fəallar əllərində “Bir daha heç vaxt, indi” və “AfD alternativ deyil” yazılı plakatlar və pankartlar tutublar. Ölkədə irqçilik və ifrat sağçılara qarşı təxminən 100 min adam etiraz edib.
2023-cü ilin noyabrında Almaniyanın Potsdam şəhərində AfD siyasətçiləri və Xristian Demokrat Partiyasının bəzi üzvlərinin Almaniyadan milyonlarla əcnəbini zorla deportasiya etməyi nəzərdə tutan planı gizli müzakirə etdikləri üzə çıxıb.
Avstriyada ifrat sağçı “İdentitar Hərəkat”ın keçmiş lideri Martin Sellnerin qatıldığı toplantıda sığınacaq axtaran şəxslər, ölkədə qalmaq hüququ olan əcnəbilər və Avropa mədəniyyətini qəbul etməyən Almaniya vətəndaşlarının deportasiya edilməsi planının müzakirə edildiyi bildirilib.
Gizli toplantının üzə çıxmasından sonra ölkədə AfD-nin bağlanması ilə bağlı müzakirələr başlayıb və insanlar son zamanlar ifrat sağçılar və AfD-yə qarşı reaksiya vermək üçün küçələrə çıxıblar.
Gununsesi.info