ABŞ-da rəy sorğusu: Seçicilərin necə faizi Baydenin “çox qoca” olduğunu düşünür?

ABŞ-da seçicilərin 86 faizindən çoxu 81 yaşlı prezident Co Baydenin yenidən seçilmək üçün “çox qoca” olduğunu düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə fevralın 9-10-da “ABC News/Ipsos”un keçirdiyi son anket sorğusunun nəticələrində qeyd olunub.

Eyni zamanda, respondentlərin 59 faizi Bayden və ABŞ-ın keçmiş prezidenti Trampın yaşını tənqid edir.

Respondentlərin 27 faizi yalnız Baydenin yeni prezidentlik müddəti üçün çox yaşlı olduğu qənaətindədir.

Müstəqil seçicilər arasında bu rəqəm Bayden üçün 91 faiz, Tramp üçün isə 71 faizdir.

Eyni sorğuya görə, ABŞ seçicilərinin əksəriyyəti Trampın ölkə sərhədlərini Baydendən daha yaxşı qoruyacağına inanır.

Bundan əlavə, iqtisadiyyat, cinayətlə mübarizə və inflyasiya kimi məsələlərdə getdikcə daha çox amerikalı Baydendən daha çox Trampa etibar edir.

Gununsesi.info