İsrail fələstinli jurnalisti deportasiya etdi

İsrail hakimiyyəti fevralın 1-də işğal altındakı İordan çayının qərb sahilində saxlanılan fələstinli jurnalist Seyqal Kaddumu Qəzza zolağına deportasiya edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Fələstinli Əsirlərin İşləri Komitəsinin birgə məlumatında deyilir.

Məlumata görə, 51 yaşlı Kaddum Ramallah keçid məntəqəsində nəzarətə götürülərək Damun həbsxanasına aparılıb.

Jurnalist Kərəm Əbu Səlim keçid məntəqəsi vasitəsilə Qəzzaya çıxarılıb.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 2023-cü il oktyabrın 7-dən bu yana həbs edilən fələstinlilərin sayı 6950 nəfər olub.

İsrail ordusunun Qəzza zolağında təcavüzə başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumların sayında artım müşahidə olunur.

Gununsesi.info