
ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO-ya üzv ölkələri müdafiə etmək istəməməsi ilə bağlı bəyanatları Avropa və Amerika əsgərlərini risk altında qoyur.
Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“Müttəfiqlərin bir-birini qorumayacağına dair hər hansı bir təklif ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla, bizim bütün təhlükəsizliyimizi pozur və Amerika və Avropa əsgərlərini artan riskə məruz qoyur”, – baş katib bildirib.
Qeyd edək ki, D.Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyini açıqlamışdı.
Gununsesi.info