Rusiya yük maşınlarının Avropadan girişinə qoyulan qadağanın müddətini uzatdı

Rusiya hökuməti Avropa İttifaqı, Böyük Britaniya, Norveç və Ukraynadan yük maşınlarının Rusiyaya girişinə qoyulan qadağanın müddətini uzadıb.

Gununsesi.info xəbər verir ki, müvafiq məlumat dekabrın 25-də Rusiya Nazirlər Kabinetinin rəsmi Telegram-kanalında yayılıb.

Məlumata görə, məhdudiyyət onun tətbiqi üçün əsas olmuş hallar aradan qaldırılana qədər qüvvədə qalacaq.

İstisna, əvvəlki kimi, poçt göndərişlərinin, diplomatik poçtun və humanitar yardımların daşınması üçün ediləcək.

Bundan başqa, məhdudiyyət idman yarışlarının keçirildiyi ərazilərə avadanlığın və idman avtomobillərinin daşınması üçün texniki dəstək maşınlarının keçidinə də şamil edilməyəcək.

Qadağa 2022-ci ildə Avropa İttifaqının Rusiya və Belarus nömrəli yük maşınlarına buraxılmaması qərarına cavab olaraq tətbiq edilib.

Gununsesi.info