
23 dekabr 2023-cü ildə İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatlarında ən azı 26 terrorçu zərərsizləşdirilib.
Gununsesi.info bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada dekabrın 23-də İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatı keçirildiyi xatırladılıb.
Bu çərçivədə daha 26 terrorçunun zərərsizləşdirildiyi və hava əməliyyatlarının nəticələri ilə bağlı hədəf qiymətləndirmə işlərinin davam etdiyi bildirilib.
Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər dünən verdiyi açıqlamada 30 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
23 Aralık 2023 tarihinde Irak ve Suriye'nin kuzeyindeki terör hedeflerine yönelik hava harekâtlarında ilk belirlemelere göre en az 26 terörist etkisiz hâle getirildi. Hava harekâtlarının sonucuna ilişkin hedef kıymetlendirme çalışmaları devam ediyor.#MillîSavunmaBakanlığı pic.twitter.com/djDaFApgMh
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 25, 2023
Gununsesi.info