
Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqa gedib, orada Ali Avrasiya Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Paşinyan dekabrın 25-də Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə MDB-nin qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.
Xatırladaq ki, il ərzində Ermənistanın baş naziri KTMT və MDB çərçivəsində keçirilən tədbirlərə qatılmaqdan imtina edib. Noyabrda o, Minskdə keçiriləcək KTMT sammitinə getməyib. Oktyabrda isə Paşinyan MDB üzvlərinin dövlət başçılarının Bişkek görüşündə iştirak etməyib.
Gununsesi.info