
ABŞ-ın Pittsburq şəhərində yaşayan Ceyms Valentin adlı şəxs uzun illərdən sonra yenidən gündəmə gəlib. 2015-ci ildə ağac budayan zaman dəhşətli qəza keçirən Valentinin yaşadıqları barədə yenidən məlumatlar paylaşılıb.
Gununsesi.info xəbər verir ki, illər əvvəl tibb ədəbiyyatına daxil olan hadisənin təfərrüatlarını İngiltərənin “Daily Star” qəzeti də yazıb.
Elektrik naqillərinə ilişmək üzrə olan ağacı mişarla budamaq istəyən Valentin mişarın geri təpməsi ilə müvazinətini itirib. İşlək vəziyyətdə olan elektrik mişarı onun çiynini və boynunu kəsib.
Ağrılar içindən qıvrılan adamın boynundan qan axarkən qonşuları və dostları müdaxilə edib.
O, təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Həkimlər əsas damarların zədələnmədiyini və əsas zədənin əzələ toxumalarında olduğunu müəyyən edərək, onu əməliyyat ediblər.
Həmin şəxsin rentgen görüntüləri yayımlanarkən elektrik mişarının boynuna ilişdiyi görülüb. Valentinin əməliyyatdan sonra sağlamlığına qovuşduğu bildirilib.
Sağaldıqdan sonra mövzu ilə bağlı açıqlama verən Valentin, “Həyatımda hiss etdiyim ən dəhşətli ağrı idi, ən qorxulusu isə axan qanı görmək idi” deyib.
Gununsesi.info