Mahirə Nağıqızı prezidentə şeir həsr etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıqızı prezident İlham Əliyevə doğum günü münasibətilə şer həsr edib.

Gununsesi.info həmin şeiri təqdim edir:

 

 

Gətirdin

Doğulub bir qışın oğlan çağında,

Yurduma əbədi bahar gətirdin.

Yaralı millətə öz qucağında,

Davasın-dərmanın, nə var gətirdin.

 

Millətim qayıtmaz yurd həsrətinə,

Düşsə də nə qədər dara, çətinə.

O taylı, bu taylı məmləkətinə,

Özünə inamla havar gətirdin.

 

Üç yüz il qabaqdı düşmən sar kimi,

Gəlib də qonmuşdu bir xunxar kimi.

Heydər yuvasından qartallar kimi,

Uçdun, qələbəni nübar gətirdin!

 

Xalqını məqsədə səfərbər etdin,

Başına topladın, bir nəfər etdin.

Cismini, ruhunu ər əsgər etdin,

Özünə, gücünə inam gətirdin.

 

Xalqla yaşayacaq bu adın-sanın,

Qəmnən uzaq düşsün, sağ olsun canın.

Başını dikəltdin Azərbaycanın,

Oğluna, qızına vüqar gətirdin.

 

Dosta həyan oldun, nakəsə qənim,

Tanrı özü yazdı taleni sənin.

Etiraf elədi dostun, düşmənin,

Xalqına pozulmaz ilqar gətirdin.

 

Mahirə nə görsə onu deyəndi,

Qəlbi köhlən atdı, ağlı yüyəndi.

Keçdiyin yolları ellər bəyəndi,

Keçib də millətə iqrar gətirdin.

Mahirə Nağıqızı

Gununsesi.info