33 mərtəbəli binada metal konstruksiya çökdü – İşçilər havada asılı qaldılar

Braziliyanın San-Paulu şəhərində 33 mərtəbəli iki qüllənin tikintisi zamanı metal konstruksiya çöküb. İşçilər 150 metr yüksəklikdə havada asılı vəziyyətdə qalıblar.

Gununsesi.info xəbər verir ki, görüntülərdə tikinti sahəsində olan işçilərin kəndirlə bağlandıqları konstruksiya çökdükdən sonra işçilərin yaşadığı çətin anları əks olunub. Hadisə yerinə 10 yanğınsöndürən maşın göndərilib. Bundan əlavə, hadisə yerinə polis helikopteri də gəlib.

Yerli mətbuatın məlumatına görə, işçilərdən ən azı dördünün boşluqdan yuxarı sallanan zaman çarəsizcə kabellərdən yapışdığı görünür. Hadisənin şahidi Lidiane Dias yerli mətbuata bildirib ki, dağıntılar altında qalan işçilər kranın köməyi ilə qəzadan “bir neçə dəqiqə” sonra yerindəcə xilas edilib.

Gununsesi.info