
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzza zolağına intensiv hücumları nəticəsində təşkilatın daha iki əməkdaşının həlak olduğunu açıqlayıb. Oktyabrın 7-dən həlak olan BMT əməkdaşlarının sayı 16-ya çatıb.
Gununsesi.info xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağındakı vəziyyətlə bağlı açıqlama yayıb.
Açıqlamada bölgədə UNRWA-nın daha iki əməkdaşının öldürüldüyü, İsrailin oktyabrın 7-dən bu yana Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində öldürülən BMT əməkdaşlarının sayının 16-ya yüksəldiyi bildirilib.
Məlumatda Qəzzada yanacaq, qida, su və dərman kimi əsas dolanışıq vasitələrinə ehtiyac olduğu qeyd edilərək, humanitar yardımların davamlı və maneəsiz şəkildə bölgəyə çatdırılmasının lazım olduğu qeyd olunub.
Açıqlamada beynəlxalq humanitar hüquqa hörmət və mülki şəxslərin, mülki infrastrukturun və BMT obyektlərinin qorunmasına çağırış bir daha vurğulanıb.