
Rusiya hərbçiləri Qara dənizdə Türkiyəyə məxsus iki balıqçı gəmisi saxlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin “CNN Türk” kanalı məlumat yayıb.
Məlumata görə, mayın 15-də Rusiya donanması Krım sahillərinə yaxınlaşan iki türk balıqçı gəmisini saxlayıb. Hər iki gəmidə olan 12 nəfər Türkiyə vətəndaşı Sevastopola aparılıb. Onların qayıqları, ov alətləri müsadirə edilib və 30 min dollar məbləğində cərimələniblər.
Balıqçıların qaytarılması üçün Türkiyə Xarici İşlər Nazirliyi hərəkətə keçib.
Gununsesi.info