
Çexiya hökuməti indiyədək Ukraynaya ümumi dəyəri 152,1 milyon dollarlıq hərbi yardım göndərib.
Gununsesi.info xəbər verir ki, bunu Çexiya müdafiə naziri Yana Çernoxova deyib.
“Yaxın günlərdə hökumətə Ukraynaya 25-30 milyon dollar dəyərində yeni tədarüklərin həyata keçirilməsini təqdim edəcəyik”, – Çernoxova bildirib.
Nazirin sözlərinə görə, çexiya Ukraynaya əsasən ağır hərbi texnika göndərir.
Gununsesi.info