
“Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.
Bunu Gununsesi.info -ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.
O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versəllər, hazıram”.
Qeyd edək ki, Sultan Dadaşovun PA -da işlədiyi deyilir.
BUNA DA BAX!
“Lexus”da gəzən vəzifəli şəxs motosikilet sürücüsünü belə döydü
Elmar
Gununsesi.info