
“NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan paradda bildirib.
Putinin fikrincə, NATO ölkələrinin Krıma hücum üçün hazırlıq planları vardı.
“NATO bizə sərhədləri yaxın olan əraziləri hərbi cəhətdən mənimsəməyə başlayıb”,- Rusiya prezidenti çıxışında vurğulayıb.
Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında faşizm üzərində qələbənin 77 illiyinə həsr olunan parad keçirilir.
Gununsesi.info