
Rusiya qoşunları Luqansk və Donetsk vilayətlərində 46 yaşayış məntəqəsini atəşə tutublar.
Gununsesi.info xəbər verir ki, atışma nəticəsində azı 4 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb.
Ümumilikdə 89 mülki obyektə ziyan dəyib, bunlar 85 yaşayış binası, xüsusi internat məktəbi, kinoteatr, zavod, avtobazadır.
Ukrayna xilasediciləri 1500-ə yaxın insanı döyüş bölgələrindən təxliyə ediblər.
Gununsesi.info