Tacikistan prezidenti İrana getdi

  • By admin
  • 29 May 2022 17:33

Tacikistan Prezidenti İmaməli Rəhman iki günlük rəsmi səfərlə Tehrana gedib.

 Gununsesi.info xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Danışıqlar zamanı Düşənbə və Tehran arasında ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi, danışıqların yekununda iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinə yönəlmiş sənədlər paketinin imzalanması gözlənilir”, – məlumatda qeyd olunub.

Gununsesi.info