
İstanbulun fəthi əzm və qətiyyətin nəticəsində baş tutub.
Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 569-cu ildönümündə çıxışı zamanı deyib.
“Tariximizdə asan qazanılan qələbə yoxdur. Buradan səslənirəm. Fəth mübarək olsun! Fəthlərin anası olan bu fəthin neçə-neçə əsrləri mübarək olsun! Fatehdən Allah razı olsun! İstanbulu fəth edərək müsəlmanların 7 əsrlik xəyallarını gerçəkləşdirən Fateh Sultan Mehmet Bizansın xəyallarını tarixə dəfn edib”, – deyə Ərdoğan bildirib.
Gununsesi.info