Polisdən heyrətamiz addım - DƏNİZƏ DÜŞƏN TELEFONU ÇIXARDILAR

  • By admin
  • 29 May 2022 17:52

Azərbaycan polisi ilə bağlı daha bir heyrətamiz xəbər yayılıb.

Gununsesi.info -nun xəbərinə  görə, bu barədə DİN sözçüsü Elşad Hacıyev özünün sosial şəbəkə hesabında yazıb:

”Heç bir müraciətə etinasız yanaşılmır. Vətəndaş müraciət edir ki, mobil telefonu dənizə düşüb. Bildirir ki, mobil cihaz şəxsin olduqca əhəmiyyətli məlumatlarını daşıyırdı. Aidiyyəti üzrə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmin mobil cihaz tapılaraq sahibinə təhvil verildi”.

Gununsesi.info