Zeleniski cəbhə xəttində

  • By admin
  • 29 May 2022 20:51

Ukrayna prezidenti Vladimir Zelenski cəbhə xəttində yerləşən Xarkova səfər edib.

Gununsesi.info-nun xəbərinə görə, prezident fevralın 24-dən bəri ilk dəfə Kiyevdən kənarda çıxış edib.

Burada əsgərlərlə vaxt keçirən Zelenski qəhrəmanlıq göstərənlərə medallar da verib.

Rusiyanın hücumlarından zərər çəkmiş şəhəri gəzən Zelenski rusların onlar üçün qənaətbəxş nəticə üçün mübarizə apardığını qeyd edib.

Bu arada bildirilir ki, üç aylıq müharibədən sonra Severodonetsk şəhəri və ətrafında ağır toqquşmalar intensivləşir.

Şəhərdəki Ukrayna dövlətinin səlahiyyətliləri rusların şəhəri sistemli şəkildə bombaladığını bildirirlər.

 

Gununsesi.info