
Livanın Səhiyyə Nazirliyi İsrailin pilotsuz təyyarəsinin ölkənin cənubunda bir avtomobilə hücumu nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Livanın cənubunda Hizbullah ilə toqquşmaların və qarşılıqlı hücumların dayandırılması üçün atəşkəs razılaşmasının davam etdiyi bir avtomobilə hava hücumu həyata keçirib. Hücum nəticəsində 1 nəfər ölüb, biri uşaq olmaqla 3 nəfər yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Ali Komissarlığı da Livanda 27 Noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəs nəticəsində ən az 71 mülki vətəndaşın İsrail əsgərləri tərəfindən öldürüldüyünü açıqladı.