
İsrail ordusunun intensiv hücuma keçdiyi və humanitar böhranın gündən-günə dərinləşdiyi Qəzza zolağında atəşkəsə çağıran Fransa prezidenti Emmanuel Makron yenidən İsrail prezidenti İsxak Hersoqa zəng edərək sözlərinə aydınlıq gətirib.
Gununsesi.info bildirir ki, İsrail Prezident Adminstrasiyasından yayılan yazılı açıqlamaya görə, Makron cümə günü BBC-yə verdiyi müsahibədə atəşkəs çağırışından və İsrailin Qəzzaya hücumunda mülki vətəndaşların ölməsi ilə bağlı açıqlamalarından danışıb.
Makron vurğulayıb ki, “İsrailin heç bir niyyəti yoxdur və İsraili HƏMAS terror təşkilatına qarşı apardığı əməliyyatda mülki əhaliyə qəsdən zərər verməkdə ittiham etməyəcək”.
“Mən İsrail dövlətini və özünü müdafiə hüququnuzu qeyd-şərtsiz dəstəkləyirəm”, – deyə Makron bildirib.
Müsahibədə ölkəsi və bir çox başqa ölkələr üçün mühüm humanitar vəziyyətə diqqət çəkmək istədiyinə diqqət çəkən Makron, Qəzzada mülki şəxslərə humanitar yardımın çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Makron Hersoqa bildirib ki, o, Qəzzadakı israilli girovların “dərhal azad edilməsini tələb etməyə və üzərində işləməyə” sadiqdir.
İsrail prezidenti Hersoq da Makronun açıqlamalarının İsraildə “kədər və məyusluqla qarşılandığını” bildirib və Makronun sözlərini izah etdiyini bildirib.
İsrail ordusunun humanitar rəftarlara və beynəlxalq hüquqa uyğun hərəkət etdiyini müdafiə edən Hersoq İsrailin günahsız mülki insanlara zərər verməmək üçün “bütün mümkün üsulları sınadığını” iddia edib.
Hersoq Fransa prezidentinin “İsrailin HƏMAS-a qarşı müharibəsini beynəlxalq koalisiyanın İŞİD-ə qarşı apardığı mübarizə ilə” müqayisəsini xatırladıb.
Xatırladaq ki, noyabrın 10-da Britaniyanın BBC telekanalına eksklüziv müsahibəsində Makron Qəzzada atəşkəsin İsrailin xeyrinə olacağını deyib.
Makron müsahibəsində İsrailin Qəzzada təşkil etdiyi hücumlarda mülki vətəndaşların öldüyünü bildirib. “Körpələr, qadınlar və qocalar bombalanıb öldürülür. Bunun heç bir əsası və qanuniliyi yoxdur. Ona görə də İsraili dayanmağa çağırırıq”, – deyə o əlavə edib.
“İlk gün bunun terrorla mübarizə olduğunu söylədik. Ancaq gün keçdikcə Qəzzada dinc əhalinin davamlı olaraq bombalandığını görməyə başladıq” , – deyə Makron bildirib.
Gununsesi.info