Rusiya ilə məhbus mübadiləsi nəticəsində 49 ukraynalı azad edilib

Rusiya ilə əsir mübadiləsi çərçivəsində 49 ukraynalı əsgər və mülki şəxsin azad edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında açıqlama verib.

Mübadilə nəticəsində Ukrayna hərbçiləri və mülki şəxslər də daxil olmaqla ümumilikdə 49 nəfərin ölkəsinə gətirildiyini bildirən Zelenski, əsir və girovların Rusiyadan azad edilməsini təmin etdiyinə görə bütün komandaya təşəkkür edib.

O, əlavə edib ki, bütün ukraynalı əsirlər öz evlərinə qaytarılmalıdır.

Qeyd edək ki, əsir mübadiləsi ilə bağlı Rusiyadan hələlik heç bir açıqlama verilməyib.

 

 

Afət

Gununsesi.info