Daşkəsəndə ata və qızı bıçaqlandı

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. 

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı 1997-ci il təvəllüdlü Aytən Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisəni ailənin kürəkəni törədib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info