
Rusiya Ukraynanın Zaporojye şəhərinə raket zərbəsi endirib.
Gununsesi.info xəbər verir ki, bunu şəhər sovetinin katibi Anatoli Kurtev məlumat verib.
Raket zərbəsi nəticəsində 2 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı bildirilib.
“Partlayış dalğası hündürmərtəbəli binaların şüşələrini sındırıb, təhsil müəssisəsi və supermarketin binasına ziyan vurub”, – məlumatda qeyd olunub.
Gununsesi.info