Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

  • By Günel
  • 01 Dekabr 2024 17:01

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və 1 ədəd məişət avadanlığı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info -ya verilən xəbərə görə, yüksək temperaturdan 2 ədəd məişət avadanlığı qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info