Cəlilabadda itkin düşən 33 yaşlı qadın tapılıb - YENİLƏNİB

  • By Günel
  • 01 Dekabr 2024 17:57

Cəlilabadda itkin düşən 33 yaşlı qadın tapılıb.

Gununsesi.info -nun xəbərinə görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızının olduğu yer müəyyən edilərək tapılıb.

***

Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.

DİN-in Mətbuat xidmətinin Cənub regional qrupundan APA-ya verilən xəbərə görə, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Heydərova Leyla Hikmət qızı 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Leyla Heydərovanın əlamətləri bunlardır:

Boyu 170 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Gununsesi.info