
“İraqda ABŞ ordusunun mövcudluğuna ehtiyac yoxdur”.
Gununsesi.info Globlinfo.az xəbər verir ki, bunu İraq Baş naziri Məhəmməd əs-Sudani deyib.
“Koalisiyaya artıq ehtiyac yoxdur. Biz müharibədən stabillik dönəminə keçmişik. İŞİD artıq bizə təhdid deyil”, – o bildirib.
Sudani həmçinin Bağdad və Vaşinqtonun qoşunların çıxarılması barədə əməkdaşlıq edə biləcəklərini vurğulayıb. O, tezliklə ABŞ ordusunun ölkədən çıxarılması vaxtını elan etməyi planlaşdırdığını deyib.
Qeyd edək ki, ABŞ ordusu 2003-cü ildən İraqdadır.
Gununsesi.info