Avropa Komissiyasının rəhbəri Borrelin varisinin namizədliyini təsdiqləyib

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə Kaia Kallasın namizədliyini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki,  bu barədə Reuters xəbər verir.

“Artıq bildiyiniz kimi, Kaia Kallas Ali Nümayəndə və Vitse-Prezident postunu tutacaq” – deyə o əlavə edib.

Bu postda Kallas Xosep Borreli əvəz edəcək.

Bundan əvvəl fon der Leyen Avropa İttifaqının ali icraedici orqanının yeni tərkibinin tərtib edilmiş siyahısını təqdim edib.

Fransa Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Stefan Sejournetə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan AK-nin vitse-prezidenti vəzifəsi təklif olunub.

 

 

Gununsesi.info