Qonşu ölkədə daha 171 nəfər pandemiyanın qurbanı oldu

Qonşu ölkədə daha 171 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada son bir gündə daha 8 595 nəfərə COVID-19 diaqnozu qoyulub.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 485 253 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 171 nəfər artaraq 6 142-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 242 397 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 572 nəfər.

 

Gununsesi.org

COMMENTS