Trampın partiya yoldaşı mitinqə qoşuldu- FOTO

Trampın partiya yoldaşı mitinqə qoşuldu

ABŞ senatoru Mitt Romni afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlarda iştirak edən ilk respublikaçı senator olub.

Gununsesi.org ABŞ mətbuatına istinadən xəbər verir ki, Yuta ştatının senatoru Romni bazar günü paytaxt Vaşinqtonda “Qaraların həyatı önəmlidir” şüarı altında etirazçılarla yürüş edib.

Təxminən 1500 nəfərlik bir qrupla yürüş edən Romni tvitter hesabından da fotolar paylaşaraq “Qaraların həyatı vacibdir” şüarını yazıb.

Bununla belə bəzi sosial media istifadəçiləri Romninin bu hərəkətlərini “reklam kampaniyası” kimi xarakterizə edərək, senatorun keçmişdə irqçi siyasətləri dəstəklədiyini xatırladıblar.

Xatırladaq ki, Romni impiçment prosesində Trampa qarşı səs verən yegənə respublikaçı senator olmuşdu.

 

Gununsesi.org

COMMENTS