“Sosial şəbəkələrdə məlumat yayıldı ki, vətəndaşa qarşı hörmətsiz hərəkətə göstəriş verən polis kapitanı Şəhriyar Hüseynovun atası və qayınatası icra başçılarıdır”.
Gununsesi.org bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov özünün sosial şəbəkə hesabında yazıb. Gununsesi.org onun qeydlərinin davamını tənqid edir: “Əvvəllər də bu barədə yazmışam və bir daha təkrar edirəm ki, DİN-də bölmə və idarə rəislərinin ən azı, yarısı icra başçıları, deputatlar və digər yüksək vəzifəli şəxslərin balalarıdır. Onların isə həmin vəzifələrə qabiliyyətlərinə, yaxud savadlarına görə deyil, nəyin müqabilində təyin edildiklərini bütün ölkə vətəndaşları bilir. Belələri ailələrində gördükləri tərbiyəyə uyğun olaraq, vətəndaşlarla davranırlar. Gördükləri də o olub ki, böyükləri vətəndaşlarla qul kimi davranıblar. Ona görə də onlardan vətəndaşlara insani münasibət gözləmək əbəsdir. Vətəndaşlara müraciət edirəm ki, bu biabırçı halın aradan qaldırılması üçün əlimizdən gələni edək. Ən azından, vətəndaşlar tanıdıqları belə qoçuların adlarını və iş yerlərini şərhlərdə yazsınlar. Bəlkə bundan sonra DİN-də harınlamış gül balalardan təmizləmə əməliyyatı aparıla”.

COMMENTS