Deputat Yasamalda vətəndaşlara edilənlər barədə polisə müraciət etdi: “Mərhəmət göstərilsin…”

Deputat Yasamalda vətəndaşlara edilənlər barədə polisə müraciət etdi: “Mərhəmət göstərilsin…”

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Yasamalda baş verən hadisə ilə bağlı polis orqanlarına müraciət edib.


Gununsesi.org xəbər verir ki, millət vəkili bu barədə özünün “Facebook” hesabında yazıb.
O, polislərdən saxlanılan vətəndaşlara qarşı qanun çərçivəsində maksimum mərhəmət göstərilməsini istəyib: “Son 3 ay hamı üçün çətin oldu. Həm öndə olan polis əməkdaşlarımız , həm caamaat artıq yorulub. Son 3 ayda polis və daxili qoşunlarımız çox gözəl iş görüblər, səbrlə, təmkinlə üzərlərinə düşən məsuliyyəti həyata keçiriblər. Amma karantinin bu qədər uzanmasını heç kim gözləmirdi. Ona görə hamının əsəbləri artıq tarıma çəkilib. Yasamalda vətəndaşlarla polis əməkdaşları arasında baş verənlər bunun nəticəsi və göstəricisidir. Əlbəttə, baş verənlərə hüquqi qiymət verilməlidir, amma mən polis mühafizə orqanlarına müraciət edirəm ki, saxlanılan vətəndaşlara qarşı qanun çərçivəsində maksimum mərhəmət göstərilsin. Vətəndaşların karantində olmasını, vəziyyəti nəzərə almaları gərəkdir”.

Gununsesi.org

COMMENTS