Gürcü KİV-ləri: Baş nazir vəzifəsini tərk edəcək

Gürcü KİV-ləri: Baş nazir vəzifəsini tərk edəcək

Gürcüstanın Baş naziri Giorgi Qaxarianın vəzifəsini tərk edəcəyi gözlənilir.

Gununsesi.org “Report”a istinadla xəbər verir ki, bu barədə yerli “Mtavari arxi” telekanalı məlumat yayıb.

Məlumata əsasən, G.Qaxarianı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili əvəzləyəcək.

Kanal qeyd edib ki, hakim Gürcü Arzusu Partiyası “müxalifət” yaradacaq və G.Qaxaria onun lideri olacaq.

Hökumət rəsmiləri kadr dəyişiklikləri ilə bağlı yayılan məlumata hələ heç bir münasibət bildirməyiblər.

Gununsesi.org

 

COMMENTS