İranda daha 75 nəfər koronavirusdan öldü

İranda daha 75 nəfər koronavirusdan öldü

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 269 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 169 425-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 75 nəfər artaraq 8 209 nəfərə yüksəlib.

O həmçinin 2 578 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 132 038 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Gununsesi.org

COMMENTS