Azərbaycanda QHT-lərin qeydiyyatı çətinləşib - ABŞ DÖVLƏT DEPARTAMENTİ

  • By admin
  • 24 Aprel 2024 21:24

ABŞ Dövlət Departamenti 2023-cü il dünyada insan haqlarının durumuna dair hesabatını yayıb. Hesabatın Azərbaycanla bağlı bölümündə ölkəmizdə vətəndaş cəmiyyətinin durumuna da yer ayırıb.

Gununsesi.info-nun xəbərinə görə, hesabatda  konstitusiyamızda  birləşmək azadlığını təminat verilsə də, lakin qanunun  bu hüququ məhdudlaşdırdığı yazılıb: “Yeni qanunlar QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırdı. Hakimiyyət bu qanunlara istinad edərək seçilmiş müstəqil təşkilatlara qarşı cinayət araşdırmaları aparmağa və başqa yolla təqib etməyə davam etdi. Nəticədə, bir neçə müstəqil QHT fəaliyyət göstərə bildi. Bir sıra qanunvericilik müddəaları siyasi partiyaların, dini qrupların, bizneslərin və QHT-lərin fəaliyyətini məhdudlaşdırırdı, o cümlədən QHT-lərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edirdi. Qanun hökumətin QHT-lərin qeydiyyatı ilə bağlı müraciətləri qəbul etdikdən sonra 30 gün ərzində hərəkətə keçməsini tələb etsə də, qeyri-müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat prosedurları vətəndaşların birləşmək hüququnu məhdudlaşdıran uzun gecikmələrlə nəticələndi”.

 

Günay

Gununsesi.info