
Rus Pravoslav Kilsəsi Aleksey Navalnının dəfn mərasimini keçirən keşiş Dmitri Safronovun fəaliyyətini üç il müddətinə dayandırıb.
Gununsesi.info bildirir ki, bu barədə Rusiya mediası yazıb.
Xəbərə görə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill öz fərmanı ilə Moskvanın Lışçikova təpəsindəki Ən Müqəddəs Theotokos Şəfaət Kilsəsinin ruhanisi, keşiş Dimitri Safronova üç il müddətinə keşişlik fəaliyyətini qadağan edib.
15 aprel tarixli sənəd aprelin 23-də Moskva yeparxiyasının saytında dərc olunub.
Qərarda deyilir ki, keşişə xeyir-dua vermək, cübbə və keşiş xaçı taxmaq qadağan edilsin.
Bildirilir ki, Safronov siyasətçinin ölümündən 40 gün sonra Aleksey Navalnının məzarı başında anım mərasimi keçirib.
“Meduza” yazır ki, Safronov da Rusiya hakimiyyətini açıq şəkildə Aleksey Navalnının cəsədini ailəsinə buraxmağa çağıran ruhanilər arasında idi.
Qeyd edək ki, Navalnının cəsədi ölümündən sonra doqquzuncu gün anasına verilib.
Günay
Gununsesi.info