Qazi TƏBİB rəhbərinin qapısını açmadı

Yarandığı gündən qalmaqallarla yadda qalan “Yeni Klinika”da bu günlərdə yenidən gündəm olan bir hadisə baş verib.

Klinikaya yeni direktor təyin olunan Barat Yusubov Daxili Təhlükəsizlik Xidmətinin şöbə rəisi Vətən Müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Coşqun Məmmədovu işdən çıxarıb. Çoçqun Məmmədov işdən aralanma səbəbini belə izah edib:

“Günlərin birində TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov klinikaya gələndə Barat həkim mənə onun maşınının qapısını açmaq göstərişi verdi. Sonra isə təkid etdi. Təbii ki, mən bunu qəbul edə bilməzdim. Çünki ehtiyatda olan zabit kimi qürurum, mənliyim buna yol verməzdi.

Mənim vəzifəm klinikada kiməsə qapı açmaq deyildi. O vəzifəyə təhlükəsizlik şöbəsinin müdiri kimi klinikada həm pasiyentlərin, həm də işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə təyin olunmuşdum və görəcəyim işlər haqqında da təlimatım var idi.

Həmin hadisədən sonra rəhbərliyin məni başqa üsullarla şərləməməsi, yaxud da alçaltmaması üçün iyulun 26-da özüm işdən çıxmaq haqqında ərizəmi yazdım. Ərizəm də həmən qəbul olundu”.

 

Gununsesi.info