Qazaxıstanın Akmola vilayətindən olan Polina Silina koronavirusa qalib gəlib və xəstəxanadan buraxılıb. Qocalar evinin sakini olan qadının may ayında 100 yaşı tamam olacaq.
Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Sağ olun, əzizlərim! Hər şeyə görə çox sağ olun. Sizi həmişə xatırlayacaq və sizin üçün dua edəcəyəm”, – deyə P.Silina tibb işçilərinə təşəkkürünü bildirib.
Həkimlərin sözlərinə görə, bu hal nəinki digər xəstələrin müalicəsi üçün nümunə rolunu oynayır, həm də tibb işçilərinin yaşlı və ağır xəstələrin sağalacağına inamını gücləndirir.
Bu günə qədər Qazaxıstanda 3 027 yoluxma halı qeydə alınıb. Pasiyentlərdən 774 nəfər sağalıb, 25 nəfər isə ölüb.
Gununsesi.org
COMMENTS