Avstriya polisi Prezident iqamətgahında bomba tapılmadığını açıqladı

Avstriya polisi Prezident iqamətgahında bomba tapılmadığını açıqladı

Avstriyada Prezident iqamətgahında bomba tapılmayıb.

Gununsesi.org-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Vyana polisi məlumat yayıb.

“Axtarışın nəticəsi mənfidir. Bütün hərəkət bərpa olunacaq və qadağalar qaldırılacaq”, – polisin məlumatında deyilir.

Xatırladaq ki Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və bir hissəsində Prezident Aleksandr Vand der Bellenin ofisi yerləşən keçmiş kral sarayına bomba qoyulması barədə məlumat yayılıb.

Hofburq sarayının əməkdaşları və Prezident saraydan çıxarılıb.

Bomba qoyulması barədə xəbərdarlıq elektron məktub vasitəsilə göndərilib.

 

 

Gununsesi.org

COMMENTS