Britaniya hökuməti Çinin Huawei şirkətinin ölkənin 5G telefon şəbəkəsinin qurulmasında iştirak etməsinə icazə verilməsi barədə qəti qərar qəbul edib.
Gununsesi.org xəbər verir ki, çərşənbə axşamı Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bu məsələnin yenidən müzakirə edilməyəcəyini bildirmişdi.
İngiltərə yanvar ayında Huawei şirkətinə hökumətin qeyd etdiyi kimi, 5G şəbəkəsinin həssas olmayan hissələrinə daxil olmaq icazəsi vermiş və onun 35% iştirakını təmin etmişdi.
Xarici işlər nazirinə hökumətin Huawei şirkəti ilə bağlı mövqeyini dəyişdirməsini tövsiyə edib-etməyəcəyi barədə sual verilən zaman Xarici İşlər Nazirliyindəki diplomatik xidmətin rəhbəri və nazir müavini Simon McDonald hüquqşünaslara deyib:
“Bildiyiniz kimi, hökumət investisiyaya davam etmək qərarına gəlib, lakin çox ciddi şərtlərlə. Bildiyim qədər ilə qəti bir qərardır və yenidən baxılmayacaq. Çin Birləşmiş Krallığın çox mühüm tərəfdaşıdır və düşünürəm ki, Huawei ilə əlaqədar qərar qüvvədə qalmalı və strateji müstəqil münasibətlər davam etdirilməlidir”.
Gununsesi.org
COMMENTS