Türkiyənin Afyon vilayətində 4 elm adamı koronavirusun yayılmasının qarşısını alan cihaz hazırlayıb.
Gununsesi.org xəbər verir ki, 2 həftə ərzində hazırlanan cihaz xəstəxanaların reanimasiya şöbələrində istifadə olunan tənəffüs aparatlarının sistemlərinə uyğun olaraq hazırlanıb.
Elm adamları qısa müddət ərzində hazırladıqları cihazın əsas məqsədinin reanimasiya şöbələrində çalışan səhiyyə işçilərini virusdan qorunmaq olduğunu söyləyib.
Xəstələrin udduqları havanın cihazdan keçdikdən sonra reanimasiya şöbəsinə yayılacağını deyən mütəxəssislər bu sayədə tibb işçilərinin də təhlükədən xilas olacağını bildirib.
Qeyd edək ki, türkiyəli elm adamlarının hazırladığı cihazın dünyada başqa örnəyi yoxdur.

Gununsesi.org
COMMENTS