Rusiya Premyer Liqası yenidən təxirə salındı

Rusiya Premyer Liqası yenidən təxirə salındı

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Rusiya Premyer Liqasında fasilə müddəti uzadılıb.

Gununsesi.org-un “Championat” nəşrinə istinadən məlumatına görə, aprelin 30-da bərpası nəzərdə tutulan yerli çempionat qeyri-müəyyən müddətədək təxirə salınıb.

Bildirilib ki, yaxın vaxtlarda yerli hökumət və Rusiya Futbol İttifaqı Premyer Liqanın bərpa olub-olmayacağı ilə bağlı qərar verməlidir.

Qeyd edək ki, Rusiya Premyer Liqası martın 17-də dayandırılıb.

 

 

Gununsesi.org

COMMENTS