Türkiyə Daxili İşlər Nazirliyinin “Axtarılan terroristlər” siyahısında axtarışda olan PKK-lı qadın üzvünün xərçəng xəstəliyindən öldüyü ortaya çıxıb.
Gununsesi.org xəbər verir ki, qırmızı kateqoriyada 10 milyon türk lirəsi mükafatla axtarılan və xərçəng xəstəliyindən əziyyət çəkən 44 yaşlı Hafizə Özdəmirin gizləndiyi bir mağarada öldüyü bildirilib.
Təhlükəsizlik qüvvələri tərəfindən terroristlər arasında aparılan danışıqların dinlənilməsi zamanı terror təşkilatı üzvü olan qadının öldüyü məlum olub.
Gununsesi.org
COMMENTS