Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək.
Gununsesi.org-un xəbərinə görə, bu barədə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov “Twitter”də bildirib.
“Aprelin 30-da COVID-19 pandemiyasının səbəb olduğu mövcud vəziyyəti müzakirə etmək üçün Nəqliyyat nazirlərinin videokonfransı keçiriləcək”, – deyə Q. Gözəlov vurğulayıb.
Qeyd edək ki, artıq quruma üzv dövlətlərin liderlərinin və Səhiyyə nazirlərinin virtual formatda konfransı baş tutub.
COMMENTS