Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və bir hissəsində Prezident Aleksandr Vand der Bellenin ofisi yerləşən keçmiş kral sarayına bomba qoyulması barədə məlumat yayılıb.
Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları Hofburq sarayının təxliyəsinə başlayıblar.
Bomba qoyulması barədə xəbərdarlıq elektron məktub vasitəsilə göndərilib.
Hofburq sarayında Avstriya Parlamentinin Aşağı Palatasının debat otağı ATƏT-in qərargahı yerləşir.
Prezidentin ve Baş naziri ofisləri arasındakı meydan da boşaldılıb.
COMMENTS