Pakistan Ukraynaya yardım göndərir

Pakistan ölkədəki iqtisadi problemlərin çox olmasına baxmayaraq Kiyevə humanitar yardım göndərib.

Gununsesi.info xəbər verir ki, yardım qərarı ilə bağlı Pakistanın xarici işlər naziri Bilaval Bhutto-Zərdari Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra açıqlayıb.

“Ukrayna xalqı ilə həmrəy olaraq və öz iqtisadi problemlərimizə baxmayaraq, biz humanitar yardım göndərdik.” 

Eyni zamanda, adının açıqlanmasını istəməyən Pakistan hökumətinin nümayəndəsi Nikkei Asia-ya bildirib ki, Pakistan hakimiyyəti üçün Qərbin dəstəklədiyi Ukrayna və Rusiya arasında balansı saxlamaq çox vacib və çətindir, çünki onlar hər iki qrupun iqtisadi dəstəyinə ehtiyac duyurlar.

Qeyd edək ki, bundan əvvəl də bildirilmişdir ki, Pakistan Ukraynadakı münaqişə ilə bağlı bir sıra məsələlərdə qaçaq mövqe tutur və ABŞ-ın siyasətinə mane olur.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info