Həbs edilən diplomata ilkin ittiham verilib

  • By admin
  • 19 Dekabr 2024 13:25

Bir neçə gün əvvəl həbs edilən Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin işçisi Ramiz Vəliyevə ilkin ittiham elan olunub.

Gununsesi.info xəbər verir ki, diplomat Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətini aşmaq) maddəsi ilə ittiham olunur.

Bununla belə mənbəmiz Ramiz Vəliyevə qarşı bir sıra ağır ittihamların elan  olunacağını deyib.

Qeyd edək ki, Ramiz Vəliyev tanınmış vəkil Adəm Məmmədovun əmisidir.

 

Gununsesi.info