
İngiltərə millisinin üzləri – Harri Maquay və Cek Qriliş Almaniyada keçiriləcək Avropa çempionatında çıxış etməyəcək.
Gununsesi.info “The Atletic”ə istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt bu futbolçuları AVRO-2024-ün yekun heyətinə daxil etməməyi qərara alıb.
Harri Maquayın ayağında zədəsi olduğu üçün heyətdən kənarda qalacaq.
Qeyd edək ki, yığmanın daha bir futbolçusu – Cud Bellinqem də zədə ucbatından üç ay meydana çıxmaya bilər.
Gununsesi.info