Mikayıl Cabbarov Səudiyyənin energetika naziri ilə “iqtisadi inkişaf hədəflərini” müzakirə edib

  • By ilhame
  • 28 Aprel 2024 13:35

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudla görüşərək “iqtisadi inkişaf hədəflərini” müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın baş iqtisadçısı sosial şəbəkədə bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin perspektivləri barədə fikir mübadiləsi apardıq”, – o qeyd edib.

Gununsesi.info